Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada hər 12 nəfərdən 1-i fərdi QR kodlu döymə etməyə hazırdır

Rusiyada hər 12 nəfərdən 1-i fərdi QR kodlu döymə etməyə hazırdır

Tarix: 2 Fevral 2020 22:36

VKontakte sosial şəbəkəsi tədqiqat şirkəti "ResearchMe" ilə birlikdə Rusiyalı istifadəçilərin QR kodları ilə qarşılıqlı əlaqəsini öyrənib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.

Rusların 30%-i QR kodlarından daim istifadə edir. Kişilər və qadınlar QR kodlarını fərqli məqsədlər üçün istifadə edirlər. Beləliklə, sorğuda iştirak edən kişilərin 51%-i onları faydalı məlumat üçün skan etdiklərini söyləyib. Qadınların 52%-i təqdimat və ya endirim haqqında məlumatları ehtiva edərsə, QR koddan yararlanmaq istədiklərini açıqlayıblar.

Hər 12-ci respondent yalnız fərdi QR kodu yaratmağa deyil, həm də bədənində döymə etməyə hazır olduğunu bildirib.

Respondentlərin 34%-i isə şəxsi məlumatlarını bir QR kodu ilə şifrələməyə və ondan fəal şəkildə istifadə etməyə hazır olduqlarını vurğulayıblar. Bu məlumatlara telefon nömrəsi, sosial şəbəkə, elektron poçt ünvanları, qan qrupları, eləcə də şəxsiyyət vəsiqələrinin seriya nömrəsi də daxildir.


Etiketlər:  Rusiyada hər nəfərdən fərdi kodlu döymə etməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ