Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusa yoluxanların sayı artıb

ABŞ-da koronavirusa yoluxanların sayı artıb

Tarix: 3 Fevral 2020 08:28

Bakı. Trend:

ABŞ-da daha iki nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halları 11-ə çatıb.

Bildirilir ki, yoluxma halları Kaliforniya ştatının San-Benito dairəsində qeydə alınıb. Daha əvvəl 9 nəfərin yoluxduğu bildirilirdi. Son təsdiqlənmi. yoluxma halı ştatın Santa Klara dairəsində qeydə alınmışdı.

Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ koronavirusa yoluxanların sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ