Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

17 yaşlı futbolçu ''Barselona''ya qələbə qazandırdı - VİDEO - FOTO

17 yaşlı futbolçu ''Barselona''ya qələbə qazandırdı - VİDEO - FOTO

Tarix: 3 Fevral 2020 11:32

"Barselona" La Liqada növbəti oyuna çıxıb.

Milli.Az xəbər verir ki, Kataloniya klubu 22-ci turda doğma meydanda "Levante" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qələbə qollarını 17 yaşlı Ansu Fati vurub.

"Barselona" - "Levante" - 2:1
Qollar:
 Fati, 30, 32 - Roçina, 90

Bu qələbə ilə xalını 46-a yüksəldən "Barselona" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Real" 49 xalla 1-ci, "Hetafe" 39 xalla 3-cüdür.

Milli.Az


Etiketlər:  yaşlı futbolçu Barselonaya qələbə qazandırdı VİDEO FOTO


RƏYLƏR