Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''VAR futbolu kompüter oyunu edib'' - İvanoviç

''VAR futbolu kompüter oyunu edib'' -  İvanoviç

Tarix: 3 Fevral 2020 17:28

"VAR-ı sevmirəm, çünki futbolun gözəlliyini pozur. Futbol üçün doğru sistem deyil”.

Qol.az xəbər verir ki, bu sözləri “Zenit”İn futbolçusu Branislav İvanoviç VAR-la bağlı danışarkən deyib.

Serbiyalı müdafiəçi bu sistemin futbola fayda vermədiyini bildirib:”Əgər hər şey sonradan izlənilirsə, meydandakı hakimləri tamamilə götürə bilərik. Bu şəkildə futbolu kompüter oyununa çeviririk. Hakimin VAR-la səhvini düzəltməsi, müdafiəçinin yanlışlığa yol verəndə "yenidən başlayaq, bu səhvi təkrarlamayım" deməsinə bənzəyir. VAR bu oyuna aid deyil. Millimetrlə oyundankənar vəziyyət qərarı vermək doğru deyil. Futbol VAR-sız daha gözəldir".

 


Etiketlər:  futbolu kompüter oyunu edib İvanoviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ