Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 07:36
İncəsənət tarixçiləri Paris yaxınlığında yaşayan yaşlı bir qadının mətbəxindən "İntibah dövrünün atası" adı verilən florensiyalı rəssam Çimabuenın rəsm əsərini tapdıqlarını bildirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qədim rəsm sənətkarları üzrə mütəxəssis Erik Terkin 13-cü əsrə aid "Məsihin işgəncəsi" adlı taxta panelindəki temperanı 4-6 milyon avro dəyərində qiymətləndirib.
"Actéon" auksion evinin rəhbəri Dominik Le Koent-de Belye, qadının qocalar evinə yerləşdirildikdən sonra həmkarının əsərin orijinallığını müəyyən etmək üçün hakim tərəfindən dəvət edilidyini bildirib. Auksion evi Çimabuenin əsərlərinin nadirliyini nəzərə alaraq, qovaqdan olan paneldəki temperanın tapılmasını "Qərb sənət tarixinin əsas kəşfi" adlandırıb.
Əsər, Çimabuenin Məsihin "işgəncəsini və çarmıxa çəkilməsini" təsvir edən və 1280-ci ildə yaranan səkkiz rəsmdən ibarət silsilənin bir parçasıdır.
Bu silsilənin əsərlərindən olan başqa iki rəsm - "Məryəm, körpə və İki mələk" Londondakı Milli Qalereyada və "Məsihin İncisi" Nyu-Yorkdakı "Frick Collection" adlanan şəxsi kolleksiyada yerləşdiriliblər.