Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eddi İsrafilov üçün yeni baş məşqçi

Eddi İsrafilov üçün yeni baş məşqçi

Tarix: 4 Fevral 2020 10:24

Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" klubunda baş məşqçi dəyişikliyi baş verib.

Sonxeber.net xəbər verir ki, komandanı bundan sonra Lukas Alkaras çalışdıracaq. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. 53 yaşlı ispan mütəxəssis bu vəzifədə istefaya göndərilən Luis Miqel Ramisi əvəzləyib.

"Albasete" hazırda İspaniya Sequndasında 19-cu pillədə qərarlaşıb.


Etiketlər:  Eddi İsrafilov üçün yeni baş məşqçi


RƏYLƏR