Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dembelenin son durumu açıqlandı

Dembelenin son durumu açıqlandı

Tarix: 4 Fevral 2020 13:38

"Barselona"nın dünənki məşqində zədələnən Usman Dembelenin son durumu müəyyənləşib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, U.Dembele ötən il noyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində keçirilən Dortmund "Borussiya"sı ilə matçda zədələnmişdi. O vaxtdan indiyə kimi heç bir matçda iştirak etməyən fransalı yarımüdafiəçi komanda ilə məşqlərə yeni başlamışdı. 22 yaşlı oyunçu zədədən bərpanın son mərhələsində idi.

 


Etiketlər:  Dembelenin son durumu açıqlandı


RƏYLƏR