Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir oyunda 5 debüt

Bir oyunda 5 debüt

Tarix: 4 Fevral 2020 15:26

Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la oyunu (2:0) beş futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağabala Ramazanov, Rauf Hüseynli, George Anton, Ali Sisey və Davit Volkov start heyətində meydana çıxaraq “qartallar”ın heyətində ilk rəsmi matçlarını keçiriblər.

Bununla da Premyer Liqada komandanın formasını geyinən oyunçuların sayı 85-ə çatıb. “Sabah”la qarşılaşmayadək bu rəqəm 80-ə bərabər idi.

Bu 85 oyunçudan 42-si Azərbaycan vətəndaşı, 43-ü legioner statusu daşıyır. Anton 2-ci moldovalı, Volkov 2-ci gürcüstanlıdır. Sisey isə “Zirə”nin tarixində Syerra-Leonedən olan ilk futbolçudur. Bu, futbolçusu komandada oynayan 28-ci xarici ölkədir. Aliyə qədər 27 ölkədən olan legionerlər “qartallar”ın şərəfini qoruyub: Fransa – 4, Monteneqro, Nigeriya, Serbiya – 3, Braziliya, Gürcüstan, Haiti, Moldova, Paraqvay, Rumıniya – 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, MAR, Peru, Portuqaliya, Qana, Salvador, Syerra-Leone, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – 1.

 


Etiketlər:  oyunda debüt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ