Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarına su içməyə və tualetə getməyə icazə verməyən ögey atanın ağlasığmaz işgəncələri - VİDEO

Uşaqlarına su içməyə və tualetə getməyə icazə verməyən ögey atanın ağlasığmaz işgəncələri - VİDEO

Tarix: 4 Fevral 2020 19:22

Rusiyada atalığın dörd yaşlı uşağa işgəncəsinin görüntüləri yayılıb. Bununla bağlı kadrları uşaqların xalası Oksana Mukova gizlin çəkərək sosial mediada paylaşıb. Onun sözlərinə görə, ögey ata Murat Şxanukov mütəmadi olaraq videodakı balaca Əzəməti və onun iki bacısını döyür. Uşağın bütün bədəni zədə izləri ilə dolu olub, hətta dişi qırılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.

Oksananın sözlərinə görə, balacalar icazəsiz su içə, hətta ayaqyoluna gedə bilməyiblər.

Kadrlarda qəddar kişinin uşağı döyməsi və onunla istehza etməsi görünür. Uşağın xalası isə təsadüfən bunların şahidi olub. Ana dəfn mərasiminə getdiyi üçün ondan uşaqlara baxmasını istəyib. 

Xalanın sözlərinə görə, kişi uşaqları zibil qabından yeməyə məcbur edib:

"Hər şey bundan sonra başladı. O, uşaqları döyməyə, küncə qoymağa başladı, uşağın yemək yeməməsi üçün bütün günü çöküb-qalxma idmanı elətdirib. Mən bilmirəm, bu insan deyil, heyvandır".

Oksana kişinin bu rəftarını gördükdən sonra ona qarşı gəlməyə qorxduğunu, yeganə çıxış yolunu isə olanları videoya çəkməkdə və hamı evdə olandan sonra qohumlara göstərməkdə gördüyünü bildirib. 

Sonradan məlum olub ki, Murat Şxanukov xüsusən Əzəmətə qarşı belə qəddar olub. O, bəzən bütün gecəni ona çöküb-qalxma idmanı elətdirirmiş, uşaq o qədər yorğun olurmuş ki, çox vaxt döşəmədə yatıb qalırmış.

Ana iddia edir ki, bütün bunlardan xəbəri olmayıb və hazırda boşanmaq üçün müraciət etməyə hazırlaşır. Qohumları polisə şikayət ediblər. Murat Şxanukov saxlanılsa da, bir gün sonra azadlığa buraxılıb. Uşaqların xalası bu problemə diqqət çəkmək üçün yeganə çıxış yolunu videonu sosial şəbəkədə paylaşmaqda görüb.

Beləliklə, itstintaq komitəsi işlə maraqlanıb. Onlar tədqiqatlara başladıqlarını bildiriblər. Azyaşlı uşaqlara işgəncə maddəsi ilə Şxanukovu yeddi il müddətinə azadlıqdan məhrum etmə gözləyir.

Murat Şxanukov isə qaçıb. Bəzi məlumatlara görə, o qohumlarıgildə gizlənir.


Etiketlər:  Uşaqlarına içməyə tualetə getməyə icazə verməyən ögey atanın ağlasığmaz işgəncələri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ