Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' 1/8 finalda

''Liverpul'' 1/8 finalda

Tarix: 5 Fevral 2020 02:12

"Liverpul" İngiltərə kubokunda 1/16 final mərhələsinin təkrar oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Şrusberi Taun"la qarşılaşıb. "Liverpul" gənc futbolçularının meydana çıxdığı matçda 1:0 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Şrusberi Taun" - 1:0
Qol:
Uilyams, 75-avotoqol

Xatırladaq ki, komandanın baş məşqçisi Yürgen Klopp əsas heyətin üzvlərinə istirahət verdiyi üçün gənclərə şans verilmişdi. Alman mütəxəssis isə görüşü notbukdan izləyəcəyini bildirmişdi.

Qeyd edək ki, "Liverpul" 1/8 finalda "Çelsi" ilə qarşılaşacaq.

 


Etiketlər:  Liverpul finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ