Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 08:10
OPEK yeni tədbirlər görmədən Brent markalı neftin qiymətinin 60 dollar/barel-dən yuxarı qalxması ehtimalı yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Çində koronavirusun yayılması fonunda bayram tətillərinin uzadılması və hava nəqliyyatları vasitələri ilə daşınmalarının azalması səbəblərindən, 2020-ci ildə ölkədə neftə tələbat 2009-cu ildən sonra ilk dəfə düşəcək. Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkəti hesab edir ki, ən böyük idxalçı tərəfindən neft istehlakının azaldılmasını, OPEK-in neftin qiymətinin bir barrel üçün 50 dollardan yuxarı qalması üçün hasilatın azaldılmasın tələb edəcək.
"Wood Mackenzie"ə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər, o cümlədən hava daşımalarında məhdudiyyətlər, 2020-ci ilin birinci rübündə dünyada neftə olan tələbatın 98.8 milyon b/s-ya qədər azaldılmasına səbəb olacaq. Eyni zamanda, Çinin özündə də neftə olan tələbat 13 milyon b/s-ya düşəcək ki, bu da 2009-cu ildən indiyədək ilk dəfədir.
OPEK ölkələri bu günlərdə vəziyyətlə əlaqədar təcili iclas keçirirlər. Fövqəladə vəziyyətin nə qədər davam edəcəyinin bəlli olmaması OPEC-in yeni məhdudiyyətlərə dair qərar qəbul etməsini çətinləşdirir.