Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 14:21
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) uniRank reytinq təşkilatının 2020-ci ilin fevralında açıqladığı “Dünya universitetlərinin reytinqi”ndə ölkə birincisi olub.
UNEC-dən Trend-ə bildirilib ki, 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralmasında UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək, dünyada 225-ci yerə yüksəlib. uniRank-in regional reytinq göstəricisi olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralmasında isə UNEC 167 pillə irəliləyərək, qitənin 27-ci ən yaxşı universiteti seçilib. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda Universiteti), Çinin (Shenzen Universiteti, Pekin Normal Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, İstanbul Universiteti) və regionun bir sıra digər məşhur universitetlərini qabaqlayıb.
Qeyd edək ki, 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 13.600 universitet və kolleci əhatə edir.
Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin