Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 17:14
“Barselona”da zədəli futbolçusu Osman Dembelenin son durumu məlum olub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tibbi müayinədən keçən fransız hücumçuda əzələ yırtığı aşkarlanıb. Onun mövsümün geridə qalan hissəsində meydana çıxa bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, Dembele üç il əvvəl də eyni yerdən zədələnmiş və əməliyyat olunmuşdu. 22 yaşlı futbolçu bu dəfə də 4 ay yaşıl meydanlardan uzaq qalacaq.