Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 22:16
Son zamanlarda əlverişli qiymətə təqdim etdiyi cihazları ilə orta seqmentdə iddialı olan Nokia şirkəti tərəfindən yeni smartfon təqdim olunacaq. Xəbər sızdırmaqda tayı-bərabəri olmayan Evan Blass şəxsi Tvitter hesabında Nokia 5.2-nin canlı görüntülərini yayımlayıb.
Blassın sözlərinə görə, Finlandiya şirkətinin yeni telefonu 6 GB operativ yaddaş və 64 GB daxili yaddaşa malik olacaq. Android One proqramının bir hissəsi olduğu üçün Android 10 əməliyyat sistemi ilə təmin ediləcəyi gözlənilən Nokia 5.2, gücünü Snapdragon 632 çip setindən alacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, cihaz martın 4-də kifayət qədər sərfəli qiymətə 180 dollara satışa çıxarılacaq.
Yayılan görüntülər telefonun iddialı bir kamera performansına sahib olacağını göstərir. Telefonun 24-27 fevral tarixlərində İspaniyanın Barcelona şəhərində keçiriləcək Mobil Dünya Konqressi (MWC) 2020 çərçivəsində təqdim olunacağı gözlənilir.