Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Tarix: 6 Fevral 2020 08:54

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağında Həmasın mövqelərinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Qəzza zolağından son gün ərzində İsrail ərazisinə atılan minaatan mərmilərinə cavab olaraq bizim HHQ-miz Həmasın Qəzzadakı bir neçə terror mövqeyinə zərbələr endirib".

Xatırladaq ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından ölkə ərazisi istiqamətində iki minaatan mərmisi atıldığı barədə məlumat vermişdi.


Etiketlər:  İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ