Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 11:54
Son vaxtlar iranlı ticarətçilər Çində yeni koronavirusun yayıldığına görə, bu ölkədən məhsul idxalı üçün sifarişi dayandırıblar.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarətçilər Palatasının (Chamber of guilds) sözçüsü Muctaba Səfayi Tejaratnews informasiya portalına açıqlamasında deyib.
M.Səfayinin sözlərinə görə, Çindən İrana məhsul idxalı bir gecəyə həyata keçirilmir, bu, uzun müddətli proses olur. Çindən bir məhsulun idxalı minimum şəkildə bir ay vaxt aparır. Bəzi hallarda sifarişdən tərxisədək (gömrükdən buraxılanadək) müddət iki ayadək uzanır.
Palata rəsmisi bildirib ki, ümumilikdə Çindən idxal olunan zəruri məhsullar Novruz bayramı üçün nəzərdə tutulub ki, bu bayramda məhsul çatışmazlığı yaranmasın.
Qeyd edək ki, Çində 28 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 563 nəfərə çatıb. Qeyd edək ki, ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.