Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 14:10
ARB TV-nin "Show News" verilişinin növbəti müğənni Manaf Ağayev olub.
Sonxeber.net bildirir ki, sənətçi, geyiminə fikir verməyən həmkarları haqqında sərt danışıb:
"Kimsə bambılıdısa, o, necə kostyum geyinə bilər, qalstuk taxa bilər? Hər oxumağın öz geyimi var. Maşında gündəlik geyinirəm, amma səhnədə həmişə klassik kostyum geyinirəm. Sevirəm, çünki şəxsiyyətli görünürsən, həm də xasiyyətə uyğun geyinirəm. Geyimə çox önəm verən adamam. Heç kim də məni geyindirmir, özümün gözü, ağlı var. Bütün günü qara kostyum, ağ köynək geyinmək də düzgün deyil. O zaman elə bilirlər ki, bir dənə kostyumun var. Müğənniyik, fərqli olmalıyıq".