Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Şurası obyektivlikdən uzaq düşdüyü təqdirdə nüfuzunu itirməyə məhkumdur - Politoloq

Avropa Şurası obyektivlikdən uzaq düşdüyü təqdirdə nüfuzunu itirməyə məhkumdur - Politoloq

Tarix: 6 Fevral 2020 18:00

"Avropa Şurası uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Şura Avropa ölkələrində baş verən hadisələri sanki görmür, göz yumur, bizə gəldikdə isə nağıl danışır, şərtlər diqtə edir, hansısa qətnamələr ortaya çıxarır".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, bir sıra Avropa ölkəsində ciddi hadisələr baş verir: "Elə "sarı jiletlər"i götürsək, görərik ki, o insanlardan nə qədəri döyülür, xəsarət alır, cinayət məsuliyyətinə cəlb olunur. Digər ölkələrdə də buna bənzər hadisələr baş verir. Ancaq Avropa Şurası onlara göz yumur. Bu baxımdan Avropa Şurası tərəfindən Azərbaycana qarşı qətnamələrin qəbul olunması əsassızdır".

F.Sadıqovun sözlərinə əsasən, Ermənistanda jurnalistləri, siyasətçiləri həbs edirlər, işgəncələr verirlər: "Ancaq bunlara göz yumulur. Bu kimi ikili standartları Azərbaycan qəbul edə bilməz. Hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı qərəzli, subyektiv, ədalətsiz mövqedir. Belə mövqe sərgiləmək Avropa Şurasının imicinə zərbədir.

AŞ PA-da fəaliyyət göstərən nümayəndə heyətləri, bir sıra dövlətlərin səlahiyyətli şəxsləri bunu başa düşməlidirlər. Azərbaycana qarşı qərarlar qəbul edərkən gözlərini açıb, öz ölkələrində baş verənlərə baxsınlar".

Politoloq əlavə edib ki, Avropa Şurası və ikili standartlarla çıxış edən digər təşkilatlar obyektivlikdən uzaq düşdükləri təqdirdə, nüfuzlarını itirməyə məhkumdurlar:

"Əgər bu kimi təşkilatlar obyektivlikdən uzaqdırlarsa, qərəzli mövqe sərgiləyirlərsə, deməli, mənasız fəaliyyətlə məşğuldurlar. Kimə lazımdır belə təşkilat? Məsələlərə subyektiv yanaşan, kimlərinsə sifarişi ilə qərarlar qəbul edən təşkilatlar, əlbəttə ki, heç kimə lazım deyil. Elə bu səbəbdən qəbul olunan qətnamələr sonda lazımsız kağız parçasına çevrilir".


Etiketlər:  Avropa Şurası obyektivlikdən uzaq düşdüyü təqdirdə nüfuzunu itirməyə məhkumdur Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ