Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlını öz evinə qeydiyyata alan şəxs axtarışa verildi

Azərbaycanlını öz evinə qeydiyyata alan şəxs axtarışa verildi

Tarix: 7 Fevral 2020 13:38

Rusiyanın Mordoviya Respublikasının sakini azərbaycanlını saxta sənədlə qeydiyyata salıb.

Sonxeber.net oxu.az -a istinadən xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayımlanıb.

Bildirilir ki, Temnikovski rayon polisləri qanun pozuntusu faktı aşkar ediblər.

Belə ki, 44 yaşlı yerli sakin qanunsuz olaraq 14 fevral tarixinə qədər Azərbaycan vətəndaşını öz evinə qeydiyyata salıb.

Azərbaycanlının faktiki yaşadığı yer isə ayrı ünvan olub.

Hazırda rusiyalı istintaqdan yayındığı üçün axtarışa verilib, həmin şəxsin yeri müəyyənləşdirilir. 

Faktla bağlı cinayət işi açılıb.


Etiketlər:  Azərbaycanlını evinə qeydiyyata alan şəxs axtarışa verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ