Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artisti İnstaqramda təhqir edən şəxs GÖRÜN KİM ÇIXDI - FOTO

Əməkdar artisti İnstaqramda təhqir edən şəxs GÖRÜN KİM ÇIXDI - FOTO

Tarix: 7 Fevral 2020 16:08

Əməkdar artist Zöhrə Abdullayeva oğlunun ölümündən sonra sosial şəbəkədə onun ünvanına nalayiq şərhlər yazan şəxsi tapıb.

Sonxeber.net xəbər verir ki, bu barədə xanım sənətçi "5/5"də açıqlama verib.

Zöhrə Abdullayeva onu təhqir edən insanın sənət aləmindən məşhur şəxs olduğunu bildirib:

"Musiqi aləmindəndir, adını deməyəcəm. Şəkilin altında iki "koment" var idi, adsız, şəkili yox idi. İndi xakerlər iki dəqiqəyə tapır onları. Ağzına gələni yazmışdı, onlar da tapdılar. Amma özünə deməyəcəm, demərəm də. Sildim onu, pozdum onu həyatımdan. O şəxs xanımdır, xanım demək olarsa. Allah yaradıb, dünya boş qalmasın. O sözü atmaqla mənə heç nə olmayacaq. Məni fələk vurub da. O, məni vurmaqla mənə heç nə olmaz. Məni fələk əydi də, vurdu da, yoldu da. O, mənə neyləyəcək ki? - Heç bir şey". 

Məhəmməd Vaqif


Etiketlər:  Əməkdar artisti İnstaqramda təhqir edən şəxs GÖRÜN KİM ÇIXDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ