Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 07:26
Atlantik və Sakit Okeanların cənub hissələrini birləşdirən Dreyk boğazında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın geoloji Xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 58 min insanın yaşadığı Argentinanın Uşuaya şəhərindən 704 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.