Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 10:40
"5 dəqiqə sonra qərar verdim. Çox seçimim var idi, amma "Milan"dan zəng gəldi və dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu. Bu fürsət əlimə düşən kimi dərhal qəbul etdim".
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç BBC-yə müsahibəsində deyib. 32 yaşlı bosniyalı qolkiper "Milan"a keçidi ilə yanaşı komanda yoldaşı Zlatan İbrahimoviç haqda da danışıb:
"Milan" liderliyə və təcrübəyə ehtiyacı olan gənc komandadır. Həm meydanda, həm də kənarda öz töhfəmi vermək üçün buradayam. Zlatan isə kollektivə liderlik gətirdi. Möhtəşəm insandır və çox peşəkardır. Hər kəs üçün nümunədir. O, hamını əllərindən gələnin ən yaxşısını etməyə məcbur edir".
Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan A.Beqoviç mövsümün birinci yarısını icarə əsasında "Qarabağ"da keçirib. Ötən ay "Milan"a da icarə ilə keçən qapıçı mövsümün sonunadək İtaliya təmsilçisində çıxış edəcək.