Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 15:08
ABŞ-ın əmək statistikası Bürosu işçiləri daha çox istehsalat xəsarətləri alan peşələrin siyahısını dərc edib. Siyahıya 100 min nəfər üçün ən çox istehsal travmaları olan peşələr daxil edilib.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, "Businessİnsider" portalının mütəxəssisləri siyahının əsasında nümayəndələri iş başında daha çox ölən peşələrin reytinqini tərtib ediblər:
10. Bitkilərə qulluq, qazonun kəsilməsi sahəsində işləyənlər
100 min nəfərə düşən ölüm sayı: 20,2
9. Tikinti peşələri və yerin təkinin sərvətlərinin çıxarılması ilə bağlı peşələrin nümayəndələri
100 min nəfərə düşən ölüm sayı: 21,0
8. Dəmir və ya polad tirlərlə işləyən şəxslər
100 min nəfərə düşən ölüm sayı: 23,6
7. Rançoda işləyən fermerlər və fəhlələr, eləcə digər kənd təsərrüfatı peşələrinin nümayəndələri
100 min nəfərə düşən ölüm sayı: 24,7
6. Yük maşınlarının sürücüləri
100 min nəfərə düşən ölüm sayı: 26,0
5 Zibil toplayanlar
100 min nəfərə düşən ölüm sayı: 44,3
4. Taxtapuşçular
100 min nəfərə düşən ölüm sayı: 51,5
3. Pilotlar və bortmühəndislər
100 min nəfərə düşən ölüm sayı: 58,9
2. Balıqçılar
100 min nəfərə düşən ölüm sayı: 77,4
1. Meşə qıranlar
100 min nəfərə düşən ölüm sayı: 97,6