Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 07:42
Fevralın 8-də Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə olub. Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı" İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin əsərləri təqdim edilib.
Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsert zamanı həm skripkada ifa edib, həm də dirijorluq edib. Məşhur əsərlərin yüksək peşəkarlıqla təqdim olunduğu, tamaşaçılarla səmimi ünsiyyət şəraitində keçən konsert maraqla qarşılanıb.
Xatırladaq ki, orkestr 2014, 2016 və 2018-ci illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib.
Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.