Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:00
Mərkəzi Seçki Komissiyası çox böyük iş görüb, seçkilər çox yaxşı keçir və beynəlxalq standartlara cavab verir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Böyük Britaniyadan olan müşahidəçi Tomalin Bari Entoni deyib.
O bildirib ki, seçkilərin təşkilati tərəfi heyranlıq yaradır:
"Məni ən çox heyrətləndirən yerli müşahidəçilərin sayıdır. Bundan başqa, qadın müşahidəçilərin sayı da heyranlıq doğurur. Bu, qürur duyulası göstəricidir".
Britaniyalı müşahidəçi qeyd edib ki, bütün prosesin Mərkəzi Seçki Komissiyası tərəfindən yaxşı əlaqələndirildiyi görünür:
"Mən əminəm ki, seçkilər çox uğurlu keçəcək".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.