Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 19:44
Partlama nəticəsində əmələ gələn yanğın illərdir söndürülə bilmir.
Sonxeber.net xəbər verir ki, türkmənlər tərəfindən ''Cəhənnəm qapısə olaraq adlandırılan darvaza krateri 1967-ci ildə yeraltı qaz partlayışı nəticəsində əmələ gəlib. Hətta partlama nəticəsində bir-çox insan həyatını itirib. Krater Türkmənistanda 350 min kilometrlik Qaraqum səhrasında yerləşən, görənləri təəccübləndirən dəlikdir. Geoloqlar dəliyin kirəc daşı mədənlərinin su ilə reksiyasından əmələ gəldiyini açıqlayıblar. Əcnəbi turistlərin ərazini ziyarət etməsindən və ABŞ televiziyasında sənədli filmi göstərilməsindən sonra ''Cəhənnəm qapısı'' adlanan dəlik məşhurluq qazanıb. Daima yanan alovun səsi çox uzaq ərazilərdən eşidilir. Darvaza krateri turistik ərazi olsa da külək əsdiyi zaman yaxınlaşmaq təhlükəli hesab olunur. (ölkə.az)