Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TÜRKPA müşahidə missiyası: Proses tam demokratik keçirildi

TÜRKPA müşahidə missiyası: Proses tam demokratik keçirildi

Tarix: 10 Fevral 2020 10:51

Fevralın 9-da parlamentə keçirilən seçkilərlə əlaqədar TÜRKPA müşahidə missiyası mətbuat konfransı keçirib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, TÜRK PA-nın baş katibi Altunbey Mamayusupov parlament seçkilərini heç bir qanun poozuntusu olmadan keçiruldiyi bildirib: "Bu bizim Azərbaycanda 5-ci seçki müşahidəmizdir. Seçkilərdən 2 gün əvvəl Azərbaycana gəldik və seçkiyə hazırlığı müşahidə etdik. Proses tam demokratik keçirildi".

Misiyanın rəhbəri İsmət Uçma seçki məntəqələrində müşahidələr apardıqlarını bildirərək məntəqələrdə siyasi fəallığ müşahidə olunduğunu əlavə edib. O qeyd edib ki, namizədlər üçün əlverişli şərait yaradılmışdı: "Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyi təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər".
Misiyanın rəhbəri qeyd edib ki, MSK məcburi köçkünlərində öz seçim hüquqların istifadə etməsi üçün şərait yaradıldığını bildirib.
"Texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək çox həyəcanlandırıcıdır.

Səfər zamanı Xarici işlər nazirinin müavini Ramiz Həsənov və MSK sədri Məzahir Pənahovla görüşdük. Görüş zamanı seçkiyə hazırlıqla maraqlandıq. Azərbaycanda seçkilər Konstitusiyaya uyğun həyata keçirilir. Namizədlərə kompaniya aparmaq və seçicilərlə görüş üçün bütün şərait yaradılıb. Namizədlərin qeydiyyata alınması, təbliğat-təşviqat kompaniyasının aparılması üçün hər şərait yaradılıb. Təssüf ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. 573 məntəqəsi məcburi köçkünlərin səs verməsi üçün yaradılıb.

5 miıyon 329 min 461 seçici olsuğunu bildirdilər. 1321 namizəd 19 partiya iştirak edib.
Seçkilərə gənclərin və qdınların namizəd kimi qoşulması yüksək nəticədir. Bu seçkilərə olan inamın artdığını göstərir.

Müşahidəmizin nəticəsi olaraq qərar gəlirik ki, seçki tam şəffaf şəraitdə leçib, seçki prosesi tam normal təşkil olunub. Namizədlərin müşahidəçilərinə lazımı şərait yaradılıb.

Azərbaycan Parlament seçkilərini tam demokratik keçirdi. Müşahidələrimizdən bu qənaətə gəldik. Yeni parlament Azərbaycan xalqı üçün xeyirli olsun".


Etiketlər:  TÜRKPA müşahidə missiyası Proses demokratik keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ