Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 19:14
Yerevanda ondan çox marşrut xəttində işləyən 150 sürücü tətil edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, sürücülər əməkhaqlarının artırılmasını və gündəlik planın azaldılmasını tələb edir.
Onlar bildirir ki, sürücülərin gəlirləri yanacaq xərclərini qarşılamır.
Yerevan şəhər meriyası sürücülər və marşrut xətlərinin sahibləri ilə görüşdən sonra problemlərin 10 gün müddətində həll olunacağını deyib.
Danışıqlardan sonra işə qayıdan sürücülər problemlərin həll olunmayacağı təqdirdə Yerevanda ictimai nəqliyyat sistemini çökdürəcəklərini vəd edib.