Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkənin baş narkoloqundan şok: Rusiyanın üçdə biri alkoqolikdir

Ölkənin baş narkoloqundan şok: Rusiyanın üçdə biri alkoqolikdir

Tarix: 10 Fevral 2020 19:40

"Rusiya sakinlərinin demək olar ki, üçdə biri alkoqoldan sui-istifadə edir, lakin bunu başa düşmür və kömək üçün mütəxəssislərə müraciət etmir". 

Sonxeber.net qaynarinfo-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun deyib. Onun sözlərinə görə, ölkə əhalisinin təqribən 30 faizi bir ay ərzində gündə 50 mililitrdən artıq tünd alkoqol içə bilər ki, bundan sonra "qaraciyər markeri adamın sui-istifadə etdiyini göstərəcəkdir". Bryun belə insanları "səssiz alkoqoliklər" adlandırıb, çünki onlar narkoloq və ya həkimlərə qəbul etdikləri alkoqolun miqdarı barədə məlumat vermirlər.

Bryun əlavə edib ki, belə həyat tərzi vaxtından əvvəl ölümə səbəb ola bilər, lakin tez-tez onun səbəbi sirroz deyil, ürək tutması olur, buna görə də bu hadisələr statistikaya spirt istehlakı ilə əlaqəli olmayan fakt kimi daxil olur.

Mütəxəssis bundan başqa vətəndaşları illənmiş viskidən də həddən artıq istifadə etməməyə çağırıb. Çünki tərkibində hətta çəkmə araqlardan da çox sivuş yağları var.


Etiketlər:  Ölkənin baş narkoloqundan şok Rusiyanın üçdə biri alkoqolikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ