Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Redmi brendi 11 fevral tarixində yeni məhsullarını təqdim edəcək

Redmi brendi 11 fevral tarixində yeni məhsullarını təqdim edəcək

Tarix: 11 Fevral 2020 08:52

Xiaomi şirkətinin Hindistan üzrə şöbəsinin rəhbəri Manu Kumar Jain, Redmi brendinin yeni məhsullarının təqdimat tarixini açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş rəsmi posterə əsasən Redmi brendinin yeni məhsullarının təqdimatı 11 fevral tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, həmin gündə Samsung şirkəti həmçinin özünün yeni Galaxy S20 flaqman smartfon seriyasını təqdim edəcək. Redmi-nin 11 fevral tarixindəki təqdimat tədbirinin əsas diqqəti yeni büdcəli smartfona ayrılacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Redmi 9A modeli olacaq. Smartfonun ikili arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir. Onun barəsində digər bir məlumat yoxdur. Redmi 9A-dan əlavə olaraq tədbirdə daha bir məhsulun təqdimatını gözləmək lazımdır. Lakin həmin məhsulun nə olacağı bilinmir. Rəsmi tizer posterinə əsasən həmin məhsul Redmi brendinin tamamilə yeni kateqoriyalı məhsulu olacaq. Söhbət, powerbank-dan və ya routerdən gedə bilər.

Milli.Az


Etiketlər:  Redmi brendi 11 fevral tarixində yeni məhsullarını təqdim edəcək


RƏYLƏR