Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb - FOTO

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb - FOTO

Tarix: 11 Fevral 2020 17:40

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB könüllüləri" Oğuz rayonunda fəaliyyət göstərən mikro və kiçik sahibkarları KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumatlandırıb.

Sonxeber.net xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, Oğuz rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində, tikiş sexləri və fərdi təsərrüfatlarda olan Qəbələ-Oğuz "KOB Dostu" ofisinin könüllüləri sahibkarlara dövlət dəstəyi mexanizmləri, KOBİA-nın fəaliyyəti, biznesin qurulması və inkişafı, KOB-ların maraqlarının müdafiəsi, onlayn maarifləndirmə tədbirləri barədə məlumat veriblər.

Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən "KOB könüllüləri" tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması tədbirləri davam etdiriləcək.


Etiketlər:  könüllüləri sahibkarları məlumatlandırıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ