Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 19:50
"Bu ildən etibarən magistratura səviyyəsinə qəbulun birmərhələli şəkildə aparılması sənəd verənlərin sayının artıb-azalmasına hər hansı formada təsir etməyəcək".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, qəbulun birmərhələli olması ilə indi məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür:
"Əgər biz təhsilin müəyyən pilləsinə qəbulu sadələşdiririksə, bu, heç də o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. İlkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə, məsələn, xarici dil hansı pillədə öyrədilməlidirsə və öyrədilərsə, magistrlər sonrakı pillələrdə əziyyət çəkməzlər. Təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur. Ona görə də gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Təhsilin hər bir səviyyəsi üzrə tələb olunan biliklər əldə edilməlidir".