Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sağlamlığı məhdud olan şəxs itkin düşüb - FOTO

Bakıda sağlamlığı məhdud olan şəxs itkin düşüb - FOTO

Tarix: 12 Fevral 2020 21:28

Bakıda sağlamlığı məhdud olan şəxs itkin düşüb.

Milli.Az xəbər verir ki, fevralın 3-də saat 9:30 radələrində 1976-ci il təvəllüdlü Bayramov Elçin Qurban oğlu yaşadığı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxs barədə məlumatı onun yaxınları Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə verib.

Evdən çıxarkən onun əynində göy yun köynək və qara şalvar olub. 

Qeyd edək ki, itkin düşən şəxs ruhi xəstədir.

Onu görənlərdən xahiş olunur ki, 0515370607 və 0705610333 mobil nömrələrinə və ya Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etsin.

Milli.Az


Etiketlər:  Bakıda sağlamlığı məhdud olan şəxs itkin düşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ