Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 17:10
"Yuventus" qapıçısı Voytsex Şesni ilə yeni müqavilə bağlayıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, polşalı qolkiperin sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılıb.
2017-ci ilin yayından "Yuventus"da çıxış edən 29 yaşlı qapıçı bu komandada 84 rəsmi oyun keçirib.
Şesni "qoca sinyora" ilə 2 dəfə İtaliya çempionluğunu, ölkə kuboku və Super Kubokunu qazanıb. O, cari mövsüm A Seriyasında meydana çıxdığı 16 görüşdə qapısından 15 top buraxıb.