Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 19:00
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi rəqqasə Fatimə Fətəliyeva olub.
Sonxeber.net xəbər verir ki, Rəqqasə Fatimə qardaşının toyuna gələnlərdən və gələn qonaqları nə qədər pul atmaqlarından danışıb. O, qeyd edib ki, qardaşının toyuna gələnlərin nə qədər pul atmasından asılı olmayaraq o, getdiyi toylara adına layiq pul atır:
"Anam qardaşımın toyuna gəlib pul atanların zərfini hələ də saxlayır. Mən bir dəfə də olsun hansısa toya gedəndə açıb o zərflərə baxmamışam ki, görüm kim mənim qardaşımın toyuna nə qədər pul atıb, mən də o qədər pul atım.
Hər zaman xeyirə-şərə yarıyan biri olmuşam. Düşmənim belə olsa məni xeyir işinə, şər işinə çağıranda getmişəm. Qardaşımın da toyuna gəlməyənlər oldu, amma buna baxmayaraq mən çalışıram ki, çağırıldığım yerlərə gedim və layiqincə iştirak edim. 15 il bundan öncə tövbə etmişəm borc verməyə, şükürlər olsun ki, borclu olduğum adam da yoxdur, əksinə hamının mənə borcu var".