Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Wi-Fi 6E” standartını dəstəkləyən ilk mobil prosessor təqdim edilib

“Wi-Fi 6E” standartını dəstəkləyən ilk mobil prosessor təqdim edilib

Tarix: 14 Fevral 2020 11:24

"Broadcom" şirkəti ilin əvvəlində "Wi-Fi Alliance" təşkilatının təqdim etdiyi yeni "Wi-Fi 6E" simsiz məlumat ötürmə standartını dəstəkləyən dünyanın ilk mobil çipinin buraxılışına başlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Wi-Fi 6E" və "Bluetooth 5" standartlarını dəstəkləyən "Broadcom BCM4389" adlı yeni çip smartfonlarda istifadə üçün nəzərdə tutulub. Şirkət nümayəndələrinin sözlərinə görə, prosessor buraxılış qabiliyyətini 5 dəfə artırır, məlumatların ötürülməsində yubanmanı 2 dəfə azaldır, enerjidən 5 dəfə az istifadə edir və "Bluetooth" vasitəsilə bağlantını iki dəfə sürətləndirir.

 

"Wi-Fi 6" vasitəsilə smartfonlarda faktiki məlumat ötürmə sürəti 400 Mbit/saniyə təşkil etdiyi halda yeni çip və "Wi-Fi 6E" standartı 2,1 Qbit/saniyə sürətində real məlumat ötürməni təmin etməyə imkan verəcək. Bu halda məlumatların ötürülməsi zamanı yubanma 2 milli saniyə təşkil edəcək.

 

Simsiz qulaqcıqların populyarlaşması ilə əlaqədar "Broadcom BCM4389" çipinə "Bluetooth 5" ilə yanaşı, "MIMO" radarı quraşdırılıb. İstehsalçı nümayəndələri qeyd edir ki, onun işə salınması zamanı "TWS" qulaqcıqlarının işində bütün nasazlıqlar aradan qaldırılır, eləcə də qurğuların "Bluetooth" vasitəsilə axtarış vaxtı xeyli azalır.

 

"Broadcom BCM4389" çipinin gələcək qabaqcıl smartfonlara quraşdırılacağı gözlənilir.

 

Nizam Nuriyev




Etiketlər:  Wi Fi 6E standartını dəstəkləyən ilk mobil prosessor təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ