Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Axşam evə gələndə…” - Şou-biznes əhli ETİRAF ETDİ - VİDEO - FOTO

“Axşam evə gələndə…” - Şou-biznes əhli ETİRAF ETDİ - VİDEO - FOTO

Tarix: 14 Fevral 2020 15:25

ARB TV-nin "Show News" verilişi müğənnilərlə maraqlı sorğu keçirib.

Sonxeber.net xəbər verir ki, "sonuncu dəfə nə vaxt "Kaş ki..." sözünü işlətmisiniz?" sualına müğənnilər maraqlı cavablar veriblər:

Türkan Vəlizadə: "İki dəqiqədən bir "Kaş ki..." deyirəm".

Aysun İsmayılova: "Axırıncı dəfə nə vaxt dediyimi unutmuşam, ən çox uşaq vaxtı "Kaş ki..." sözünü işlətmişəm".

Ayan Babakişiyeva: "Az öncə işlətdim o sözü. Yaxın rəfiqəmin qəlbinə dəydim, anlaşılmazlıq oldu. Üzr istədim rəfiqəmdən".

Sevda Yahyayeva: "Çox işlətdiyim söz deyil, amma ara-sıra istifadə edirəm".

Nazilə Səfərli: ""Kaş ki..."lər məndə az olur".  

Zenfira İbrahimova: "Mən "Kaş ki"ni oxuduğum nəğməmdə demişəm".

Kənan M.M: "İstanbuldan gələndə bileti bir az gec almışdım, orda dedim ki, kaş bileti bir az tez alaydım".

Günel Ələkbərova: "Dalaşanda bir az hirsli oluram, deyirəm kaş belə etməzdim. Hirsim sakitləşəndən sonar deyirəm ki, nə etmişəmsə yaxşı eləmişəm".

Aytac Vidadiqızı: "Əvvəllər daha tez-tez deyirdim bu sözü, son zamanlar azalıb".

Şölə Səfərəliyeva: "Ən son iki gün öncə demişəm".

Nahidə Orucova: "Cavanlığımda, gəncliyimdə olub. Demişəm ki, kaş mən idman yolu ilə gedərdim, sonra düşünmüşəm ki, nə yaxşı elə bu yolu seçmişəm" .

Rüstəm Cəbrayılov: "Məktəb illərində demişəm. Kaş ki, 11-ci sinifdə oxuyardım".

Nigar Şabanova: "Şəxsi həyatımla bağlı çox danışmışam, təkrar danışmaq istəmirəm. "Kaş ki"ni şəxsi həyatımla bağlı demişəm".

Ədalət Şükürov: "Çox işlədiyim söz deyil. Hərdən olur axşam evə gələndə düşünürsən ki, kaş filan adama ağır cavab verməzdim".

Əbdül Xalid: "Ən son 2 il öncə "Kaş ki..." demişəm".


Etiketlər:  Axşam evə gələndə Şou biznes əhli ETİRAF ETDİ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ