Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 09:16
Bakı. Trend:
Tayvanın şimal-şərq sahillərində güclü zəlzələ olub.
Trend-in məlumatına görə, təkanların yerli vaxtla səhər 09:37-də 4,6 bal gücündə olduğu bildirilib.
Təxminən 25,7 kilometr dərinlikdə baş vermiş zəlzələnin episentrinin Xaulyan məntəqəsinin sahil zonaları olduğu qeyd edilib.
Təkanlar sahil xəttində olsa da, Nantou, Xualyan, İlan, eləcə də Tayçjun şəhərlərində hiss olunub.
Dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, 23 milyon əhalisi olan Tayvan seysmik cəhətdən aktiv zonada yerləşir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin