Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 18:50
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Emin Əliyev və Asim Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu iddia edilərək cinayət işi prokurora qaytarılıb.
Qeyd edək ki, həmin şəxslər 2019-cu ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarovu oğurlayaraq anasından 10 min manat tələb ediblər. Qadın həmin şəxslərə 8 000 manat verib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.
Emin Əliyev və Asim Quliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.