Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 20:36
"Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssisələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, 2019-cu ildə 400-ə yaxın vakant direktor vəzifəsinə işə qəbul üçün müsabiqə élan edilib:
"Amma əvvəl bu say 700-dən çox idi. Burada söhbət yalnız vakant olan direktor vəzifələrinə olan təyinatdan getmir. Eyni zamanda, keyfiyyət dəyişiklikləri də baş verib".