Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək

Tarix: 15 Fevral 2020 18:40

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandasını dəyişə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, "şəhərlilər"in iki illik avrokubok cəzası ləğv olunmasa, ispaniyalı mütəxəssis yayda başqa kluba keçəcək.

49 yaşlı çalışdırıcı artıq ilk təklifini də alıb. Mauritsio Sarrinin fəaliyyətindən məmnun olmayan "Yuventus" rəhbərliyi Qvardiola ilə danışığa başlayıb. Ancaq onun "Barselona", "Bavariya" və PSJ-nin də diqqət mərkəzində olması italyanların işini çətinləşdirir.

Qeyd edək ki, Pep Qvardiola özü Çempionlar Liqasını qazanmayacaqları təqdirdə ayrılacağını istisna etməyib.

Milli.Az


Etiketlər:  Mançester Sitinin cəzası ləğv olunmasa Pep Qvardiola komandadan gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ