Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntiqam Vəlizadə üçün bürünc medal şansı

İntiqam Vəlizadə üçün  bürünc medal şansı

Tarix: 15 Fevral 2020 21:56

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Qol.az xəbər verir ki, bu gün son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Yarışa 1/4 finaldan start verən İntiqam Vəlizadə Türkiyə güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında son dünya çempionu Beka Lomtadzeyə məğlub olan həmyerlimiz fevralın 16-da bürünc medal görüşünə çıxacaq.

Hacımurad Hacıyev startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, 2 qat dünya və 3 qat Avropa çempionu Frank Çamizoya uduzub.

Abubakr Abakarov 86 kq-da debüt görüşündə Latviya idmançısını erkən sıradan çıxarıb. Ancaq Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonov keçilməz olub.

Aslanbek Alborov təsnifat mərhələsində macar həmkarına aman verməyib. Ancaq 1/4 finalda Türkiyə pəhləvanına məğlub olub.

Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, daha sonra türk rəqibini vaxtından əvvəl məğlub edib. Lakin 1/4 finalda Polşa güləşçisinə yenilib.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər fevralın 16-da Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşmaları isə 21:00-da başlayacaq.

61 kq

1/4 final: İntiqam Vəlizadə - Hamza Alaca (Türkiyə) - 9:5
1/2 final: İntiqam Vəlizadə - Beka Lomtadze (Gürcüstan) - 1:2
Bürünc medal görüşü: İntiqam Vəlizadə - Nikolay Oxlopkov (Rumıniya) / Leomid Kolesnik (Moldova)

74 kq

Təsnifat: Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (Polşa) 12:2
1/8 final: Hacımurad Hacıyev - Frank Çamizo (İtaliya) - 0:5
Təsəlliverici görüş: Hacımurad Hacıyev - Soner Demirtaş (Türkiyə)

86 kq

Təsnifat: Abubakr Abakarov - İvars Samusonoks (Latviya) - 10:0
1/8 final: Abubakr Abakarov - Artur Nayfonov (Rusiya) - 2:8
Təsəlliverici görüş: Abubakr Abakarov - Axmed Maqamayev (Bolqarıstan)

92 kq

Təsnifat: Aslanbek Alborov - Bendequz Tot (Macarıstan) - 11:0
1/4 final: Aslanbek Alborov - Süleyman Karadeniz (Türkiyə)
Təsəlliverici görüş: Aslanbek Alborov - Simyone Yannattoni (İtaliya)
125 kq
Təsnifat: Camaləddin Məhəmmədov - Elhad Hukiç (Bosniya və Herseqovina) - 11:0
1/8 final: Camaləddin Məhəmmədov - Tanju Gemici (Türkiyə) - 11:0
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) - 2:12
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Yohannes Ludeşer (Avstriya)

 


Etiketlər:  İntiqam Vəlizadə üçün bürünc medal şansı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ