Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 23:12
Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "France İnfo" radiostansiyası xəbər verib. Hadisə barədə yanğın-xilasetmə xidmətinə və polisə yerli fermerlərdən biri xəbər verib.
Anqulemadan uçan turist təyyarəsi Larzak aerodromunun uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb.
Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.
Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb. Hüquq-mühafizə orqanları bölgədə bazar günü müşahidə olunan güclü küləyin əsməsini təyyarənin qəzasına səbəb ola biləcəyini istisna etmirlər.