Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tikintidə seysmikliyin öyrənilməsi ilə bağlı yeni normativlərin tətbiqi təklif olunub

Azərbaycanda tikintidə seysmikliyin öyrənilməsi ilə bağlı yeni normativlərin tətbiqi təklif olunub

Tarix: 22 May 2019 13:34

Bakı. Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tikinti sahələrinin seysmikliyi ilə bağlı müzakirələr keçirilib.

RSXM-dən Trend-ə verilən məlumata görə, “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıya səfərə gəlib.

Səfərin məqsədi “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələrin aparılması, eləcə də mərkəz əməkdaşlarına beynəlxalq standartlara uyğun emal proqramları ilə bağlı təlimin keçirilməsidir.

Xarici qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-nin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əiyeva, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın hazırki vəziyyəti, “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycanda görülən işlər, eləcə də tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlərə toxunulub.

Xarici mütəxəssislər Azərbaycanda, xüsusi ilə də Bakı şəhəri və Azərbaycanın digər böyük şəhərlərində tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq olunmasına dair təkliflə çıxış edərək artıq əksər ölkələrin bu normativləri tətbiq etdiklərini bildiriblər. Həmçinin ikitərəfli əməkdaşlığa uyğun olaraq, RSXM əməkdaşlarının Amerikada təlimə göndərilməsi barədə də razılıq əldə edilib.

Qeyd edək ki, xarici qonaqlar tikinti sahələrində seysmiklikliyin öyrənilməsi məqsədilə yeni tikinti normativlərinin tətbiqi ilə bağlı Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda tikintidə seysmikliyin öyrənilməsi ilə bağlı yeni normativlərin tətbiqi təklif olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ