Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 16:30
“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlənmənin təhlükəli olduğu məlum olub. Bu proqramlar fərdi məlumatları gizli şəkildə cinayətkarlar tərəfindən nəzarət edilən serverlərə yükləyirdilər.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, problem haqqında “Wired” nəşri məlumat verib. Təhlükəli genişlənmələri ilk olaraq kibertəhlükəsizlik üzrə tədqiqatçılar aşkar ediblər. Onlar insanlar tərəfindən 1,7 milyon dəfədən çox yüklənmiş 71 genişlənmə aşkar ediblər. Ekspertlər bu barədə “Google” şirkətinə məlumat veriblər. Bundan sonra şirkət daha 430 təhlükəli genişlənmə aşkar edib. İndi həmin genişlənmələr “Chrome” internet mağazasından silinib.
Əksər hallarda genişlənmələr reklam aləti kimi təqdim edilirdi.
Emil Hüseynov