Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib (FOTO)

Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib (FOTO)

Tarix: 22 May 2019 15:21

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, İqtisadiyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətlərinin, Dövlət Turizm Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sahibkarların fikirləri dinlənilib, sahənin inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsi, 2-3 ulduzlu otellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakıyla iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər və digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində həmçinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ