Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 22:12
Google Play Store və App Store-da milyonlarla tətbiq var. Bunların arasında oyunlar xüsusi yer tutur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ən diqqət çəkən oyunlar bunlardır:
Brutal Age: Horde İnvasion
Çox immersiv oyun olan Brutal Age: "Horde İnvasion" əyləncəsində qəbiləni qorumağınız lazımdır. Özünüzəməxsus qəbiləni böyüdə və torpaqlarınızı inkişaf etdirə biləcəyiniz bu oyun olduqca canlıdır.
Asphalt 9: Legends
Bu oyun müxtəlif avtomobillərlə və dünyanın fərqli məkanlarında oynanıla bilən avtomobil yarışdır. "Gameloft" tərəfindən hazırlanan və yayımlanan bu oyun vaxt keçirmək üçün yaxşı alternativdir.
Hustle Castle
Orta əsr konsepsiyasında olan Hustle Castle strategiya oyunudur. Bu oyunda öz qəsrinizi qura və idarə edə bilərsiniz.
Shadowgun War Games
Tamamilə fərqli qrafikanı təklif edən "Shadowgun War Games" pulsuz oyundur. 3D vizual görüntülərin yer aldığı bu oyunda öz strategiyanızı tətbiq etməlisiniz.
Bridge Constructor
Bu oyunun çox sadə qaydası var: dərin dərələr və çaylar üzərində körpülər inşa edib, dözümlü olub-olmadığına baxmalısınız.