Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Atletiko'' - ''Liverpul'' oyununda bir qol, ''Borussiya'' - ''PSJ'' oyununda Holand dubl etdi

Çempionlar Liqası: ''Atletiko'' - ''Liverpul'' oyununda bir qol, ''Borussiya'' - ''PSJ'' oyununda Holand dubl etdi

Tarix: 19 Fevral 2020 06:38

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk iki oyun keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, İspaniyanın Madrid şəhərini təmsil edən "Atletiko" klubu öz meydanında İngiltərənin "Liverpul" klubunu qəbul edib.

Oyun meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 4-cü dəqiqədə Saul vurub.

Gecənin digər oyununda Almaniyanın "Borussiya" klubu Fransanın "PSJ" klubunu qəbul edib. Oyun meydan sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyun qolları ev sahibi komandasından E.Holand (69-cu və 77-ci dəqiqələr), qonaq komandadan isə Neymar (75-ci dəqiqə) vurublar.

Atletiko (İspaniya) - Liverpul (İngiltərə) 1:0
Qol: Saul Niguez, 4.
Atletiko: 13. Jan Oblak, 5. Tomas Partey, 6. Koke (k), 8. Saul Niguez, 9. Alvaro Morata (Vivtor Vitolo, 70), 10. Angel Korrea (Dieqo Kosta, 77), 11. Tomas Lemar (Markos Llorente, 46), 12. Renan Lodi, 15. Stefan Saviç, 18. Felipe, 24. Sime Vrsalko.
Baş məşqçi: Dieqo Simeone.
Liverpul: 3. Alisson Becker, 3. Fabinyo, 4. Vircil van Diyk, 5. Corcinio Viynaldum, 9. Roberto Firmino, 10. Sadio Mane (Divok Origi, 46), 11. Məhəmməd Salah (Aleks Okslade-Çamberlain, 72), 12. Co Qomes, 14. Cordan Henderson (k) (Ceyms Milner, 80), 26. Andrev Robertson.
Baş məşqçi: Yurgen Klopp.
Sarı vərəqələr: Angel Korrea, 45 - Sadio Mane, 40. Co Qomes, 59. Yurgen Klopp, 88 (baş məşqçi, meydandan kənarda).
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. "Vanda Metropolitano" stadionu.

Borussiya (Dortmund, Almaniya) - PSJ (Fransa) 2:1
Qollar: Erlinq Haaland, 69; 77 - Neymar, 75.
Borussiya: 1. Roman Bürki, 2. Dan-Aksel Zaqadu, 5. Aşraf Hakimi, 7. Cadon Sanço (Marsel Şkmelzer, 90), 13. Rafael Querreyro, 15. Mats Hummels, 17. Erlinq Haaland, 23. Torqan Hazard (Covanni Reyna, 68), 26. Lukaş Pişçek (k), 27. Emre Can, 28. Aksel Vitsel.
Baş məşqçi: Lusyen Favre.
PSJ: 2. Keylor Navas, 2. Tyaqo Silva (k), 3. Presnel Kimpembe, 5. Markuinyos, 6. Marko Verratti, 7. Kilian Mbappe, 10. Neymar, 11. Angel Di Maria (Pablo Sarabia, 77), 12. Tomas Meunyer, 20. Layvin Kurzava, 27. İdrissa Qeye.
Baş məşqçi: Tomas Tuçel.
Sarı vərəqələr: Aksel Vitsel, 44 - İdrissa Qeye, 54. Neymar, 60. Tomas Meunyer, 87. Marko Verratti, 89. 
Baş hakim: Mateo Laos (İspaniya).
Dortmund. "Siqnal İduna Park".


Etiketlər:  Çempionlar Liqası Atletiko Liverpul oyununda Borussiya oyununda Holand dubl etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ