Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

Tarix: 19 Fevral 2020 14:00

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşının məhkəməsi olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı istintaqdan yayınmaq üçün soyadını dəyişib.

Məlum olub ki, Cavadzadə Famil İsmayıl oğlu Moskvada köhnə tanışı Qasımov M. ilə mübahisə edib və dəmir parçası ilə onun sinəsinə və qarnına üç dəfə zərbə endirib.

Nəticədə Qasımov ölüb. Hadisəni törədən Cavadzadə Azərbaycana qaçaraq gizlənib.

O, axtarışa verildiyini bilib və soyadını Cavadov olaraq dəyişib. Bir il altı aydan sonra həmin şəxs tutulub.

Məhkəmə prosesində Cavadzadə günahını qısmən qəbul edib və etdiyi əməldən peşman olmadığını bildirib.

Məhkəmə qərarı ilə o, "qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ