Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

Tarix: 20 Fevral 2020 08:44

"Chrome" brauzeri üçün "Chrome Web Store"dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlənmənin təhlükəli olduğu məlum olub. Bu proqramlar fərdi məlumatları gizli şəkildə cinayətkarlar tərəfindən nəzarət edilən serverlərə yükləyirdilər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, problem haqqında "Wired" nəşri məlumat verib. Təhlükəli genişlənmələri ilk olaraq kibertəhlükəsizlik üzrə tədqiqatçılar aşkar ediblər. Onlar insanlar tərəfindən 1,7 milyon dəfədən çox yüklənmiş 71 genişlənmə aşkar ediblər. Ekspertlər bu barədə "Google" şirkətinə məlumat veriblər. Bundan sonra şirkət daha 430 təhlükəli genişlənmə aşkar edib. İndi həmin genişlənmələr "Chrome" internet mağazasından silinib.

Əksər hallarda genişlənmələr reklam aləti kimi təqdim edilirdi.


Etiketlər:  Chrome brauzeri üçün dən çox təhlükəli genişlənmə aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ